Prezident İlham Əliyevin bizə vaxt ayırması və bütün suallarımızı cavablandırması çox dəyərlidir – “Ambrozetti” Avropa evinin baş direktoru

Bakı. Trend:

Prezident İlham Əliyevin bizə vaxt ayırması və bütün
suallarımızı cavablandırması çox dəyərlidir.

Bunu bu gün Trend-ə ADA Universitetində keçirilən “Orta Dəhliz
boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda
beynəlxalq konfransın iştirakçısı, “Ambrozetti” Avropa evi analitik
mərkəzinin baş direktoru Luka Miralya deyib.

“Prezidentin cavab vermədiyi və ya cavab verməkdə çətinlik
çəkdiyi heç bir sual olmadı. O, hətta çaşdırıcı görünən suallardan
belə qaçmırdı. Azərbaycanın mövcud geosiyasi vəziyyətdə rolu mühüm
şəkildə artır və ölkə bütün regionun inkişafının təmin olunması
üçün hər şeyi edir”, – deyə o bildirib.

L.Miralya vurğlayıb ki, İtaliya və Azərbaycan vacib
tərəfdaşlardır.

“Azərbaycan həmişə İtaliyaya başlıca qaz tədarükçüsü olub.
Trans-Adriatik boru xətti bu baxımdan çox vacib layihədir. Hazırda
söhbət qaz tədarükünün ildə 20 milyard kubmetrə çatdırılması barədə
gedir. Hazırkı geosiyasi vəziyyət, şübhəsiz ki, Azərbaycanın enerji
baxımından rolunun aparıcı qüvvəsidir. Azərbaycan artıq özünün
enerji gücünün inkişafı üzərində işləyir”, – L.Miralya deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir