Qadın məhbusların cəmiyyətə yenidən adaptasiyası üçün zəruri şərait yaradılıb – Ombudsman

Bakı. Trend:

Qadın məhbusların cəzaçəkmə müddəti bitdikdən sonra cəmiyyətə
yenidən adaptasiyası üçün zəruri şərait yaradılıb.

Trend-in məlumatına görə bunu Azərbaycan Respublikasının İnsan
Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Penitensiar
xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində Qadın Zorakılığına qarşı
Beynəlxalq Mübarizə Gününə həsr olunmuş “Gender bərbərliyinə nail
olunmasında əsas çətinliklər” mövzusunda keçirilən tədbirdə
deyib.

O bildirib ki, qadın məhbuslar burada müxtəlif peşələri öyrənir,
öyrəndikləri peşələr üzrə əl işlərini hazırlayırlar: “Bu əl
işlərinin satışı həyata keçirilir və satışdan əldə edilən gəlirlə
qadınlar öz ailələrinə maddi dəstək verə bilirlər. Düşünürəm ki,
yaradılan bu şərait kifayət qədər humanitar addımdır və bu, qadın
məhbusların özünüinkişafı üçün əhəmiyyətli rol oynayır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir