Qadın məhbusların saxlanma şəraiti standartlara uyğundur – Qadın Vəkillər Alyansının üzvü

Bakı. Trend:

4 saylı cəzaçəkmə müəssisəsində qadın məhbusların saxlanma
şəraiti standartlara tam uyğundur.

Trend-in məlumatına görə, bunu Qadın Vəkillər Alyansının üzvü
Nurəngiz Qarayeva Penitensiar xidmətin 4 saylı cəzaçəkmə
müəssisəsində Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Gününə
həsr olunmuş “Gender bərbərliyinə nail olunmasında əsas
çətinliklər” mövzusunda keçirilən tədbirdə deyib.

“Müəssisədə cəza çəkən qadınlar üçün yaradılan şəraitlə tanış
olduq. Qadın məhbusların səhhətinin nəzarətdə saxlanması üçün
yaradılan tibbi xidmət, məşğulluq üçün istehsal müəssisəsi, təhsil
almaları üçün peşə məktəbi yüksək səviyyədə fəaliyyət göstərir.
Bu gün bura gəlməyimizin səbəbi isə əsasən Qadın Zorakılığına qarşı
Beynəlxalq Mübarizə Günü ilə bağlıdır. 1999-cu il noyabrın 25-də
Birləşmiş Millətlər Təşkilatının iclasında qəbul edilən qərara
əsasən, 25 noyabr – Qadın Zorakılığına qarşı Mübarizə Günü kimi
qeyd edilib. Bu günlə əlaqədar biz də 4 saylı cəzaçəkmə
müəssisəsinə baş çəkdik. Biz də Vəkillər Kollegiyasının Qadın
Vəkillər Alyansı olaraq müəssisədə olduq və qadın məhbuslarla
maraqlandıq, onların vəziyyəti ilə tanış olduq. Qadın Vəkillər
Alyansı olaraq biz mütəmadi olaraq qadın məhbusların vəziyyətini
diqqətdə saxlayırıq, problemləri ilə maraqlanırıq, problemlərin
həlli ilə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldırırıq”, –
bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir