Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının səyyar qəbulu keçirilib (FOTO)

Bakı. Trend:

25 noyabr 2022-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin
başçısı Süleyman Mikayılovun Korgöz qəsəbəsində səyyar qəbulu
keçirilib.

Qəbulda Korgöz qəsəbə sakinləri, həmçinin rayonun hüquq-mühafizə
orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak
ediblər.

Qəsəbə sakinlərdən 7 nəfəri fərdi qaydada dinləyən Rayon İcra
Hakimiyyətinin başçısı Süleyman Mikayılov qaldırılan məsələlərin
həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq
tapşırıqlarını vermiş, bəzi müraciətlər yerindəcə həll
edilmişdir.

Qəsəbə sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə
yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və
qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə
minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısı Süleyman
Mikayılov tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam
etdiriləcəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir