Rusiya sülhməramlıları yaşayış məntəqələrimizin adlarını uydurma erməni toponimləri ilə qeyd edib – MN

Bakı. Trend:

Təəssüflə bildiririk ki, Rusiya Federasiyasının Müdafiə
Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya
Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında
yenə də yaşayış məntəqələrimizin adları uydurma erməni toponimləri
ilə qeyd edilib.

Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, Rusiya
Federasiyasının sülhməramlı kontingentinin 25 noyabr 2022-ci il
tarixli rəsmi məlumatında patrul xidməti aparılan marşrut
“Mardakert” və “Martuni” yaşayış məntəqələri istiqaməti kimi qeyd
olunub.

Rusiya tərəfinin diqqətinə çatdırırıq ki, məlumatda onların
“Mardakert” və “Martuni” adlandırdıqları Azərbaycan yaşayış
məntəqələrinin rəsmi adları uyğun olaraq AĞDƏRƏ və
XOCAVƏND-dir.

Bir daha Azərbaycan Respublikası ərazisində müvəqqəti
yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığını
müvafiq məlumatlarında ölkəmizin ərazisindəki yaşayış
məntəqələrinin adlarını düzgün toponimlərlə ifadə etməyə
çağırırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir