Şahin Bağırov Horadizdə vətəndaşları qəbul edib (FOTO)

Bakı. Trend:

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra
hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların
qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı
müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq
tədbir görürlər.

Noyabrın 25-də Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini,
sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti
general-leytenantı Şahin Bağırov Horadiz şəhərindəki Muğam
Mərkəzində Füzuli, Beyləqan və Xocavənd rayonlarından olan
vətəndaşları qəbul edib.

DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra
edən Şahin Bağırov qəbuldan öncə Horadiz şəhərinin mərkəzində
ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül
dəstəsi qoyub.

Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə
keçirilən qəbulda Füzuli, Beyləqan və Xocavənd rayonları
sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri
əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük
məsələləri ilə bağlı olub.

Qəbul zamanı Şahin Bağırov hər bir vətəndaşın müraciətini
diqqətlə dinləyib və qaldırılan məsələlərin bir qismi yerindəcə
həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı
müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların
rəhbərlərinə tapşırıqlarını verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir