Tanınmış aparıcı Esra Gezginci Azərbaycan haqqında veriliş çəkib (FOTO)

Bakı. Trend:

Türkiyənin ən məşhur televiziyalarından olan NTV kanalı
Azərbaycanın mədəni irsini, tarixini, dünəni, bu gününü özündə əks
etdirən geniş və maraqlı veriliş ərsəyə gətirib.

Trend xəbər verir ki, bugun tv-yə bu barədə Yunus Əmrə
İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri Selçuk Karakılıç məlumat
verib. O bildirib ki, layihənini rəhbəri və aparıcısı Esra
Gezgincidir. Onun da qeyd etdiyi kimi veriliş bu dəfə “Atəşin və
rüzgarın ölkəsi qəhrəmalar yurdu Qardaş Azərbaycanda… Dağın-daşın
yandığı Abşeron yarımadasından, tarixi və modern memarlığı ilə bir
nağılı xatırladan Bakıda… Dünyanın ilk açıq dəniz neft
platformasından, türk dünyasının paytaxtı Şuşaya qədər uzanan gözəl
bir yolculuq”la yadda qalacaq.

Paytaxt Bakıdan başlayan çəkiliş daha sonra Azərbaycanın digər
bölgələrində də davam etdirilib. Qarabağa səfər təşkil olunub.

Məşhur aparıcı Esra Gezginci, verilişdə işğaldan azad olunan
rayonlarımız haqda da danışıb, Şuşanın nədən önəmli olması barədə
NTV izləyicilərinə ətraflı məlumat verib.

Səlçuk Karakılıçın sözlərinə görə 1ay ərzində çəkilən
“Əsrarəngiz Azərbaycan” verilişi çox möhtəşəm görüntülərlə noyabrın
27-də Türkiyənin NTV kanalında yayımlanacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir