Televiziya və radiolarda aparılmış monitorinqlər göstərdi ki, vəziyyət qənaətbəxşdir – Sevinc Əliyeva

Bakı. Trend:

Televiziya və radiolarda aparılmış monitorinqlər göstərdi ki,
vəziyyət qənaətbəxşdir.

Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət
Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor
Sevinc Əliyeva deyib.

O bildirib ki, artıq aşkarlanan qüsurlar aradan qaldırılır:

“İndi səhvlər daha az müşahidə olunur. Bu da mükəmməl dilimizdə
danışmaq istəyimizdən irəli gəlir”.

Sevinc Əliyeva inzibati tədbirlərin tətbiq olunub-olunmayacağı
məsələsinə də aydınlıq gətirib:

“Biz hər şeyin əlacını cəza ilə müəyyənləşdirməməliyik. Əvvəlcə
tövsiyə və təkliflərimizi veririk. Arzulayırıq ki, gələn
monitorinqlərdə qüsurlar olmasın. Biz də cəzaya əl atmayaq və
vəsatət qaldırmayaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir