“Tesla” Çində 80 mindən çox avtomobili geri çağırır

Bakı. Trend:

ABŞ-nin “Tesla” elektromobil şirkəti Çin bazarından 80 mindən
çox avtomobili geri çağırır.

Trend-in
məlumatına görə, bu barədə bu gün Çinin Bazarın Tənzimlənməsi üzrə
Dövlət İdarəsi bildirib.

Qeyd olunur ki, proqram təminatındakı qüsurlarla bağlı 67,7 minə
yaxın “Model S” və “Model X” avtomobilləri geri çağırılır. Bu
qüsurların yol-nəqliyyat hadisəsinə səbəb olacağı bildirilir.

Bundan başqa, təhlükəsizlik kəmərinin bərkidicisi ilə bağlı
problemlərə görə 12,9 min “Model 3” elektromobili geri
çağırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir