Türkiyə ordusu “Pəncə-Qılınc” əməliyyatında 326 terrorçu məhv edib

Bakı. Trend:

Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın başladığı
“Pəncə-Qılınc” antiterror əməliyyatı çərçivəsində bu günədək 326
terrorçunu məhv edib.

Trend-in
məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Türkiyənin
milli müdafiə naziri Hulusi Akar bildirib.

O vurğulayıb ki, əməliyyat bölgələrində həm hava, həm də quru
əməliyyatları davam etdirilir.

Qeyd edək ki, “Pəncə-Qılınc” əməliyyatı noyabrın 20-də
başlayıb.

Bir neçə gün əvvəl H.Akar öz açıqlamasında bu il ərzində Türkiyə
ordusunun Suriya və İraqda 3 600-ə yaxın terrorçunu məhv etdiyini
açıqlamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir