Vatikanda kardinal Anjelo Beççuçi əlbir olaraq cinayətdə iştirak etməkdə şübhəli bilinir

Bakı. Trend:

Kardinal Anjelo Beççu və digər şəxslər əlbir olaraq cinayətdə
iştirak etdikləri üçün istintaq cəlb olunublar.

Trend-in məlumatına görə, bu barədə “ANSA” agentliyi xəbər
verib.

Məlumata əssasən, 2014-cü ildə Londonda 124 milyon funt
sterlinqə (bugünkü məzənnə ilə təxminən 150 milyon dollar) daşınmaz
əmlakın alınması ilə bağlı qanun pozuntuları və sui-istifadələr
barədə cinayət işi üzrə istintaqa cəlb olunub.

Söhbət Vatikan tərəfindən Londonun mərkəzindəki binanın ianə
hesabına sərmayə kimi qabaqcadan bilərək yüksək qiymətə alınmasının
qalmaqallı hadisədən gedir. Proses zamanı iş üzrə şahid qismində
çıxış edən auditorlar bildiriblər ki, Londonda daşınmaz əmlakın
alınmasına qoyulan sərmayədən itkilər 89 milyon funt sterlinq
təşkil edib (bugünkü məzənnə ilə demək olar ki, 106 milyon
dollar).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir