Xaçmaz rayonunda növbəti səyyar qəbul Arzu qəsəbəsində keçirilib (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev yerli
hüquq mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Arzu
qəsəbəsində qəbul keçirib.

Qəbulda təhsil, səhiyyə, mədəniyyət və digər xidmət
təşkilatlarının məsul şəxsləri eləcədə Hacıəlibəy, Ağyazı Buduq,
Bayoba, Suxtalaqışlaq kəndlərinin və Arzu qəsəbəsinin sakinləri
iştirak edib.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad
edilib.

Daha sonra vətəndaşların müraciəti və təklifləri dinlənilib.
Sakinlər elektrik təsərrüfatının yenilənməsi, su təchizatın
yaxşılaşdırılması, yolların təmiri, məktəb, rabitə və internetlə
bağlı müraciətlər səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin
arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən
problemlərin aradan qaldırılması istiqamətində müvafiq
tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll
edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə
yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və
qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və
Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə
ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir