Yanvar-oktyabr aylarında Türkiyədən Özbəkistana ixrac edilən avtomobil sənayesi məhsullarının həcmi artıb

Bakı. Trend:

Türkiyə 2022-ci ilin yanvar-oktyabr aylarında Özbəkistana
avtomobil sənayesi məhsulları ixracını ötən ilin eyni dövrü ilə
müqayisədə 0,5 faiz azaldaraq 36,3 milyon dollara çatdırıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat
verilib.

Oktyabr ayında Türkiyə Özbəkistana avtombil sənayesi məhsulları
ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 42,6 faiz azaldaraq
3,3 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin
avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə
müqayisədə 4,7 faiz artaraq 24,96 milyard dollara bərabər olub.

Bu ilin oktyabr ayında Türkiyə 2,7 milyard dollar məbləğində
avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin
oktyabr ayı ilə müqayisədə 1,8 faiz çoxdur.

Qeyd olunub ki , son 12 ay ərzində (oktyabr 2021- oktyabr 2022)
Türkiyə 30,5 milyard dollar məbləğində avtomobil sənayesi
məhsulları ixrac edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir