Zəngilan, Kəlbəcər və Cəbrayılda məktəb tikintisi işlərinə başlanılıb

Bakı. Trend:

Zəngilan, Kəlbəcər və Cəbrayılda məktəb tikintisinin ilkin
işlərinə başlanılıb.

Trend-in məlumatına görə, bunu bu gün elm və təhsil naziri Emin
Əmrullayev media nümayəndələri üçün keçirdiyi brifinqdə deyib.

Nazir bildirib ki, Şuşa və Füzulidə məktəb tikintisi növbəti
tədris ilinin əvvəlinə kimi bitəcək.

“Digər məktəblərin də layihələndirmə işlərinə başlanılacaq. Ən
müasir və ən yaxşı təchiz olunmuş infrastruktur qurulacaq. Kifayət
qədər müəllimlərimiz var ki, həmin məktəblərdə işləməyə
hazırdırlar”, – deyə E.Əmrullayev əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir