
DÇ-2022: Fransa millisi Danimarka komandasını məğlub edib (VİDEO)
Bakı. Trend:
Bu gün Qətərdə keçirilən futbol üzrə Dünya Çempionatının qrup
mərhələsinin növbəti oyunu keçirilib.
Trend xəbər verir ki, Fransa və Danimarka komandaları arasında
keçirilən qarşılaşmada Fransa millisi 2:1 hesablı qələbə
qazanıb.
Oyunda qolları K.Mbappe (61 və 86-cı dəqiqələr) və A.Kristensen
(68-ci dəqiqə) vurublar.
Qeyd edək ki, bu oyundan sonra D qrupunda vəziyyət belədir:
1. Fransa – 6 xal
2. Avstraliya – 3 xal
3. Danimarka – 1 xal
4. Tunis – 1 xal