I Beynəlxalq “Ocaq” Kubokunun iştirakçılarını bədii gimnastikaya böyük məhəbbət birləşdirir – yarışın bürünc mükafatçısı

Bakı. Trend:

I Beynəlxalq “Ocaq” Kubokunun iştirakçılarını bədii gimnastikaya
böyük məhəbbət birləşdirir.

Bunu şənbə günü Trend-ə yarışın ikiqat bürünc mükafatçısı, gənc
gimnast Kamilla Bağırova deyib.

Kamilla Bağırova 2015-ci il təvəllüdlü gimnastlar arasında topla
hərəkət və çoxnövçülük üzrə I Beynəlxalq “Ocaq” Kubokunda bürünc
medal qazanıb.

“Burada mehribandır atmosfer var, kubokun iştirakçıları arasında
dostlarım da var, bir-birimizə kömək etməyə, dəstək olmağa
çalışırıq”, – deyə gənc idmançı bildirib.

Yeddi yaşlı idmançı 3 ildir bədii gimnastika ilə məşğul olduğunu
bildirib.

“İlk dəfə televizorda gimnastların çıxışlarını gördüm və dərhal
məşq etmək həvəsim yarandı. İdmanda uğur qazandığım üçün şadam,
ümid edirəm ki, gələcəkdə böyük nailiyyətlərim olacaq”, – deyə
gimnast əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir