Milli Gimnastika Arenasında daha tez-tez çıxış etmək arzusundayam – Beynəlxalq “Ocaq” Kubokunun medalçısı

Bakı. Trend:

Milli Gimnastika Arenasında daha tez-tez çıxış etmək
arzusundayam.

Bunu şənbə günü Trend-ə bədii gimnastika üzrə I Beynəlxalq
“Ocaq” Kubokunun gümüş mükafatçısı, gənc idmançı Olqa Sulxayeva
deyib.

İdmançı 2016-cı il təvəllüdlü turnir iştirakçıları arasında
alətsiz hərəkət proqramında ikinci yeri tutub.

“Milli Gimnastika Arenasında ilk dəfə çıxış etdim. Zal çox böyük
və gözəldir, çoxlu tamaşaçı var. Bütün bunlar xoş abu-hava yaradır
və müsabiqə öncəsi həyəcan yox olur”, – deyə gənc idmançı
bildirib.

Altı yaşlı gimnast çıxışından sonra məşqçisindən tərif aldığını
deyib.

“Baş məşqçi deyir ki, mən yaxşı çıxış edirəm. Gələcəkdə
gimnastikada böyük uğurlar əldə etmək üçün çox çalışmağa və
qazanılanda dayanmamağa çağırır”, – deyə gimnast bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir