
Müdafiə Nazirliyi Ermənistan tərəfinin məlumatını təkzib edib
Bakı. Trend:
Azərbaycan Ordusunun bölmələri tərəfindən guya noyabrın 26-sı
saat 21:30-da Ermənistan silahlı qüvvələrinin bölmələrinin
mövqeləri istiqamətində müxtəlif çaplı atıcı silahlardan atəş
açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır,
həqiqəti uyğun deyil.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən bildirilib.
Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə
təkzib edirik.