
“Pençe-Kilit” əməliyyatı bölgəsində iki türk əsgəri şəhid olub
Bakı. Trend:
“Pençe-Kilit” əməliyyatı zonasında terrorçuların hücumu
nəticəsində 2 türk əsgəri şəhid olub, daha 3 əsgər yaralanıb.
Trend xəbər verir ki, bu barədə şənbə günü Türkiyənin Milli
Müdafiə Nazirliyindən bildirilib.
Məlumata əsasən, yaralı hərbçilər dərhal xəstəxanaya
yerləşdirilib.
Digər təfərrüatlar barədə məlumat verilmir.