Vaşinqton “Chevron”a Venesueladan ABŞ-a neft tədarük etməyə icazə verib

Bakı. Trend:

ABŞ hökuməti “Chevron” neft-qaz şirkətinə Venesueladan ABŞ-a
neft və neft məhsulları tədarük etməyə icazə verib.

Trend xəbər verir ki, bu barədə şənbə günü ABŞ Maliyyə
Nazirliyinin məlumatında deyilir.

“Lisenziya “Chevron”un birgə müəssisələri tərəfindən istehsal
olunan neft və neft məhsullarının ilk dəfə “Chevron” tərəfindən
satılması şərtilə, “Chevron”un birgə müəssisələri tərəfindən
istehsal olunan neft və ya neft məhsullarının ABŞ-a satışına,
ixracına və ya idxalına <…> icazə verir”, – deyə məlumatda
bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir