Bədii gimnastika üzrə I Beynəlxalq “Ocaq” Kubokunun maskotu tamaşaçılara çoxlu sevincli anlar bəxş edir – gənc gimnast (FOTO)

Bakı. Trend:

Bədii gimnastika üzrə I Beynəlxalq “Ocaq” Kubokunun talismanı
həm tamaşaçılara, həm də yarış iştirakçılarına çoxlu sevincli anlar
yaşadır.

Bunu Trend-ə
şənbə günü turnirin üçqat gümüş mükafatçısı, gənc gimnast Mira Özəl
deyib.

M.Özəl 2015-ci il təvəllüdlü gimnastlar arasında topla, alətsiz
və çoxnövçülük üzrə üç proqramda gümüş medal qazanıb.

“Maskot o qədər gülməlidir ki, hamını əyləndirir – həm
tamaşaçıları, həm də biz gimnastları. Mükafatlandırma mərasimi
zamanı qaliblər və mükafatçılar onun yanlarına gəlib şəkil
çəkdirməsini gözləyirlər”, – deyə güənc gimnast bildirib.

Mira Özel əlavə edib ki, Milli Gimnastika Arenasına əvvəllər
böyük idmançıların yarışlarını izləmək üçün gəlib, indi isə özü ilk
dəfə burada çıxış edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir