
İtaliyada torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb
Bakı. Trend:
İtaliyanın İskya adasında torpaq sürüşməsi baş verib.
Trend “SKY TG24” telekanalına istinadən xəbər verir ki, bu
barədə şənbə günü Neoplun prefekti Klaudio Palomba bildirib.
Onun sözlərinə görə, torpaq sürüşməsi nəticəsində 1 nəfər ölüb,
10 nəfər isə itkin düşüb.
“Hazırda bir qadının öldüyü təsdiqlənib. Təxminən on nəfər itkin
düşmüş hesab olunur”, – deyə K.Palomba əlavə edib.