
Messi Dünya Çempionatlarında qol sayına görə Maradonaya çatıb (VİDEO)
Bakı. Trend:
Argentina millisinin hücumçusu Lionel Messi şənbə günü Meksikaya
qarşı oyunda qol vuraraq dünya çempionatlarındakı qollarının sayını
8-ə çatdırıb.
Trend xəbər verir ki, bununla da L.Messi dünya
çempionatlarındakı qollarının sayına görə Maradonaya çatıb.
Qeyd edək ki, Argentina millisində dünya çümpionatların ən çox
qol vuran oyunçu Qabriel Batistutadır (10).