
Türkiyə ordusu Suriya və İraqda 22 terrorçunu zərərsizləşdirib
Bakı. Trend:
Türkiyə Silahlı Qüvvələri son iki gün ərzində Suriyanın və
İraqın şimalında 22 terrorçunu zərərsizləşdirib.
Trend xəbər verir ki, bu barədə şənbə günü Türkiyənin Milli
Müdafiə Nazirliyindən bildirilib.
Məlumata əsasən, terrorçulardan 10-u İraqın, 12-si isə Suriyanın
şimalında məhv edilib.