Azərbaycan toponimlərinin siyahısı və xəritəsi Rusiya tərəfinə təqdim edilib – MN

Bakı. Trend:

Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi
məlumatlarında Azərbaycan ərazilərinin adlarının dəfələrlə edilən
müraciətlərimizə baxmayaraq hələ də uydurma erməni toponimləri ilə
qeyd olunması çox böyük təəssüf doğurur.

Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin
açıqlamasında deyilir.

“Bir daha xatırladırıq ki, Azərbaycan Respublikasının Qarabağ
iqtisadi rayonunun yaşayış məntəqələrinin Azərbaycan toponimlərinə
uyğun adlı siyahısı və xəritəsi Rusiya Federasiyasının Müdafiə
Nazirliyi, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya
sülhməramlı kontingentinin əvvəlki və hazırkı komandanlığı, eləcə
də Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə Azərbaycan tərəfindən
rəsmi qaydada göndərilmişdir.

Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş
Rusiya sülhməramlı kontingentinin komandanlığını müvafiq
məlumatlarında yaşayış məntəqələrimizin adlarını tərəfimizdən
göndərilən rəsmi sənəd və xəritələrə uyğun qaydada düzgün
toponimlərlə ifadə etməyə çağırırıq.

Bir daha xüsusi vurğulayırıq ki, Rusiya Federasiyasının Müdafiə
Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya
Federasiyasının sülhməramlı kontingentinin 03.12.2022-ci il tarixli
rəsmi məlumatında “Dağlıq Qarabağ ərazisi” kimi qeyd olunan ərazi
Qarabağ iqtisadi rayonu, “Mardakert” və “Martuni” kimi adlandırılan
Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları isə müvafiq olaraq
AĞDƏRƏ və XOCAVƏND-dir”, – deyə açıqlamada bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir