Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 544
vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən
məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya
olunanların sayı 190, ikinci mərhələ üzrə vaksinasiya olunanların
sayı 145, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı
181, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya
olunanların sayı 28 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 923 821, birinci mərhələ üzrə
vaksinasiya olunanların ümumi sayı 5 393 240, ikinci mərhələ üzrə
vaksinasiya olunanların sayı 4 874 445, üç və daha çox doza üzrə
vaksinasiya olunanların sayı 3 392 100, pozitiv nəticədən sonra
buster doza üzrə vaksinasiya olunanların sayı isə 264 036 nəfər
təşkil edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir