Bərdədə ağır yol nəqliyyat hadisəsi baş verib (FOTO)

Aslan Məmmədli, Bərdə:

Bərdədə bir nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat
hadisəsi baş verib.

Trend xəbər verir ki, hadisə Hindarx Borsunlu avtomobil yolunun
Bərdə rayonu Soğanverdilər kəndindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “Mercedes” markalı avtomobili ilə “VAZ” 21011
markalı avtomobil toqquşub. Nəticədə “VAZ” markalı avtomobilin
sürücüsü 1952-ci il təvəllüdlü Məmmədov Cavanşir Məstan oğlu hadisə
yerində həyatını itirib. Digər “Mercedes” markalı avtomobilin
sürücüsü 1977-ci il təvəllüdlü Nürəddin Qarayev isə müxtəlif bədən
xəsarətləri alaraq Bərdə Diaqnostika mərkəzinə çatdırılıb. Hazırda
vəziyyəti orta ağırdır

Faktla bağlı araşdırma aparılır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir