
Azərbaycanın 2 parataekvondoçusu reytinq turnirində qızıl medal qazanıb
Bakı. Trend:
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin
parataekvondo idman növü üzrə milli komandasının üzvləri Zeynalov
Sabir (58 kq, K44) və Xəlilov İmaməddin (70 kq, K44) Səudiyyə
Ərəbistanın Ər-Riyad şəhərində keçirilən Qran-Pridə bütün
rəqiblərinə qalib gələrək yarışın qızıl medallarını qazanıblar.
Bu barədə Trend-ə Milli Paralimpiya Komitəsindən məlumat
verilib.
Bildirilib ki, bu yarış Paris 2024 XVII Yay Paralimpiya
Oyunlarında iştirak üçün reytinq xalları qazandırır.