
Bədii gimnastlarımız Qış kuboku yarışında mübarizəyə başlayıblar
Bakı. Trend:
Dekabrın 8-də Almaniyanın Liverkuzen şəhərində bədii gimnastika
üzrə dördüncü Qış kuboku yarışı başlayıb.
Trend Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir
ki, turnirdə ölkəmizi Leyli Ağazadə, Alina Məmmədova və Fidan
Aladinova təmsil edirlər.
Kubok yarışına dekabrın 12-də yekun vurulacaq.