Vergi sistemində islahatlarla bağlı məlumatlandırma kampaniyası başlayacaq

Bakı. Trend:

Vergiödəyiciləri ilə qarşılıqlı etimadın artırılması və vergi
siyasətinin müəyyənləşdirilməsində ictimai əməkdaşlığın iştirakı,
dövlət-biznes münasibətlərində aydın münasibətlərin qurulması vergi
orqanlarının daim diqqət mərkəzindədir.

Trend Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu
münasibətlər vergi orqanları ilə biznes strukturları arasında
tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsində və
vergiödəyicilərinin vergi öhdəliklərinə əməletmə səviyyəsinin daha
da yüksəldilməsinə öz töhfəsini verir.

Bununla yanaşı, vergi sistemində islahatlarla bağlı böyük bir
məlumatlandırma kampaniyasının aparılması, işgüzar cəmiyyəti,
biznesi narahat edən məsələlərlə bağlı təkliflərin alınması
(“feedback” sistemi) məqsədilə müvafiq sorğuların keçirilməsi
nəzərdə tutulur.

Hökumət, özəl sektor və vətəndaş cəmiyyətinin fəal dialoqu
çərçivəsində qurulan bu əməkdaşlıq milli vergi sisteminin daha da
irəli aparılması və iqtisadi islahatların təşviqinə xidmət
edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir