2022-ci ildə ixrac olunan Azərbaycan neftinin dəyəri əhəmiyyətli dərəcədə artıb

Bakı. Trend:

2022-ci ilin yekunlarına əsasən, Azərbaycan 26 milyon tondan
artıq neft ixrac edib ki, bu da 2021-ci ildəki göstəricidən dörd
faiz və ya 1,09 milyon ton yuxarıdır.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, neft
ixracı dəyər baxımından 19,48 milyard dollar təşkil edib ki, bu da
2021-ci ildəki göstəricidən 47,4 faiz və ya 6,265 milyard dollar
çoxdur.

“İxrac edilən neft koksunun həcmi 169,351 min ton olmaqla dəyəri
66,992 milyon dollar, neft bitumunun dəyəri isə 25,456 milyon
dollar (89,09 min ton) təşkil edib”, – komitədən bildirilib.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycan 13,219 milyard dollar
dəyərində 27,116 milyon ton neft ixrac edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir