
Abşeron sakininin avtomobilində iki kiloqrama yaxın heroin aşkarlandı
Bakı. Trend:
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik
vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə
verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri
nəticəsində narkotik vasitələrin istifadəsi, əldə etməsi, saxlaması
və daşımasında şübhəli bilinən Abşeron rayon sakini Vasif Hacıyev
saxlanılıb. Həmin şəxsin üzərinə və avtomobilinə baxış keçirilən
zaman 2 kiloqrama yaxın narkotik vasitə olan heroin aşkar olunaraq
götürülüb.
Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin
qərarı ilə həmin şəxsin barəsində həbs qətimkan tədbiri
seçilib.