Azərbaycan XİN ABŞ Dövlət Departamentinə cavab verib

Bakı. Trend:

Azərbaycanın Qarabağ bölgəsinə təchizat gətirən 1000-dən çox
avtomobilin Laçın yolundan keçməsi ABŞ Dövlət Departamenti
sözçüsünün yanvarın 24-də dediklərinin əksini sübut edir.

Trend xəbər verir ki,bunu Azərbaycan Xarici İşlər Nazirliyinin
Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Tvitterdə
yazıb.

“Ermənistan tərəfini öhdəliklərini yerinə yetirməyə, qanunsuz
fəaliyyətə son qoymağa çağırmaq yerinə düşərdi! – deyə qeyd
edilib.

Xatırladaq ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays
yanvarın 24-də keçirdiyi brifinqdə kommersiya və şəxsi səyahətlər
də daxil olmaqla Laçın dəhlizində sərbəst hərəkətin tam bərpasına
çağırış etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir