Azərbaycanda 42 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına
42 yeni yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq
sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən
məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət
çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 827 780 nəfərin koronavirus
infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 817 459
nəfər müalicə olunaraq sağalıb, 10 077 nəfər vəfat edib, aktiv
xəstə sayı 244 nəfərdir.

Ölkədə son sutka ərzində 2 294, hazırkı dövrədək isə 7 477 729
test aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir