
Azərbaycanda dializ xəstələrinin sayı bir ildə 13 faiz artıb
Bakı. Trend:
Azərbaycanda keçən il üçün 2021-ci ilə nisbətən dializ
xəstələrinin sayı 13 % artıb.
Trend-in məlumatına görə, bunu deputat Məlahət İbrahimqızı Milli
Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deyib.
Deputat bildirib ki, bu məsələni araşdırmaq lazımdır: “Çünki 13
% kiçik rəqəm deyil”.
M.İbrahimqızı həmçinin sağlamlıq haqqında arayışın qiymətinin
yüksək olmasını da diqqətə çatdırıb.