Azərbaycanın xarici ticarət dövriyyəsi 52 milyard dolları ötüb

Bakı. Trend:

2022-ci ilin yekunlarına əsasən, Azərbaycanın xarici ticarət
dövriyyəsi 2021-ci illə müqayisədə 55,36 faiz və ya 18,774 milyard
dollar artaraq 33,912 milyarddan 52,646 milyard dollara qalxıb.

Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə,
xarici ticarət dövriyyəsinin strukturunda ixracın payına 38,146
milyard dollar düşüb ki, bu da 2021-ci ilin göstəricisindən 15,94
milyard dollar və ya 71,8 faiz yuxarıdır. Xarici ticarət
dövriyyəsində ixrac payı ötən ilki 65,48 faizlə müqayisədə 72,4
faiz təşkil edib.

Hesabat dövründə Azərbaycanın idxalı illik hesablamada 2,834
milyard dollar və ya 24,21 faiz artaraq 11,706 milyard dollardan
14,54 milyard dollaradək qalxıb. Xarici ticarət dövriyyəsində idxal
payı ötənilki 34,52 faizlə müqayisədə 27,6 faiz təşkil edib.

Nəticədə hesabat dövründə xarici ticarət dövriyyəsinin saldosu
müsbət qalaraq illik hesablamada 2021-ci ildəki 10,5 milyard
dollarla müqayisədə 13,106 milyard dollardan çox və ya 2,2 dəfə
artıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir