AzMİU-ya mediatur təşkil olunub (FOTO)

Bakı. Trend:

Yanvarın 25-də Azərbaycan Memarlıq və İnşaat Universitetinə
(AzMİU) mediatur təşkil olunub.

Trend xəbər verir ki, mediaturda kütləvi informasiya
vasitələrinin (KİV) rəhbərləri və nümayəndələri ilə yanaşı, təhsil
eksperti Şahlar Əsgərov, Mətbuat Şurasının sədri Rəşad Məcid, Milli
Məclisin deputatları Aydın Mirzəzadə, Ceyhun Məmmədov, əməkdar
mədəniyyət işçisi, jurnalist Telli Pənahqızı, Elm və Təhsil
Nazirliyinin İctimai Şurasının üzvü Mirzə Cəfərzadə, “Korrupsiyaya
Qarşı Mübarizə Mərkəzi” İctimai Birliyinin sədri Anar Sarıyev və
digərləri iştirak ediblər.

Mediatur çərçivəsində əvvəlcə iştirakçılarla AzMİU rəhbərliyinin
görüşü keçirilib. Görüşdə AzMİU-nun rektoru, professor Gülçöhrə
Məmmədova universitet haqqında, xüsusilə imtahan prosesi ilə bağlı
geniş məlumat verib.

Daha sonra AzMİU rəhbərliyi və mediatur iştirakçıları
2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının
gedişini izləyiblər. KİV nümayəndələri və tur iştirakçıları imtahan
verən tələbələrlə söhbət aparıblar və proseslə bağlı universitet
rəhbərliyinə suallar ünvanlayıblar.

Məlumat üçün bildirək ki, imtahanlarda bakalavr səviyyəsi üzrə
7658, magistratura səviyyəsi üzrə isə 990 tələbə iştirak edir.

Bakalavr səviyyəsində təhsil alan tələbələr xüsusi qabiliyyət
tələb olunan fənlərdən fakültələrdə qabiliyyət, digər fənlərdən
yazılı və test üsulu, magistratura səviyyəsində təhsil alan
tələbələr isə yazılı, şifahi və test üsulu ilə imtahan
verirlər.

İmtahanların yüksək səviyyədə təşkil olunması üçün ümumilikdə 10
auditoriya ayrılıb. Test üsulu ilə imtahan verən tələbələr üçün 180
və 30 kompüterdən ibarət kompüter zallları fəaliyyət göstərir.

İmtahanlarda şəffaflığın təmin edilməsi məqsədilə AzMİU-da
Apelyasiya Komissiyası, İmtahan Qərargahı və “Qaynar xətt”
fəaliyyət göstərir. Sessiyanın gedişində universitetdə Açıq Qapı
Günləri və mediaturlar təşkili olunur.

Qeyd edək ki, üzrlü səbəblərdən dolayı sessiya zamanı hansısa
fənlərdən imtahanlarda iştirak edə bilməyən tələbələr üçün həmin
fənlərdən imtahan vermək üçün sessiyadan sonra şərait
yaradılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir