Dövlət Vergi Xidmətinin Aparatına daxil olmuş şikayətlərin sayı azalıb

Bakı. Trend:

2022-ci il ərzində ümumilikdə vergi orqanlarına 284.494 müraciət
daxil olub ki, bunun da 91,3 faizi ərizə, 8,6 faizi şikayət, 0,1
faizi təklif olub.

Dövlət Vergi Xidmətindən Trend-ə verilən məlumata görə, daxil
olmuş müraciətlərdən 98,4 faizinin baxılması 2022-ci il ərzində
başa çatdırılıb, 1,6 faizi hazırda icradadır. Baxılmış
müraciətlərdən 66,4 faizi həll olunub, 29,4 faizi barədə müvafiq
izahat verilib, qalanları haqqında qanunvericiliyə uyğun qərarlar
qəbul olunub.

Dövlət Vergi Xidmətinin Aparatına daxil olmuş faktiki
şikayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz
azdır. Həll edilmiş faktiki şikayətlərin 91 faizi kameral vergi
yoxlamaları, qalanları maliyyə sanksiyasının silinməsi, vergi
borcları, vergi ödəyicisinin qeydiyyatı, vergi mükəlləfiyyəti,
təsdiqlənməmiş azalma, şəxsi hesab vərəqələri və s. məsələlər ilə
bağlı olub.

Hesabat dövründə Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasından İqtisadiyyat Nazirliyi vasitəsilə Dövlət Vergi
Xidmətinə 696 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü
ilə müqayisədə 23,1 faiz azdır. Daxil olmuş müraciətlərdən 96,8
faizinin baxılması həmin dövrdə başa çatdırılıb, 3,2 faizi isə
hazırda icradadır. Müraciətlər, əsasən, vergidən yayınma halları,
nağd hesablaşmaların aparılması qaydalarının pozulması və qanunsuz
sahibkarlıq fəaliyyəti, vergi borcu, vergi ödəyicisinin fəaliyyəti,
kameral vergi yoxlamaları, operativ vergi nəzarəti, artıq ödənilmiş
vergilərin qaytarılması, vergi ödəyicisinin qeydiyyatı və digər
məsələlərlə bağlı olub.

2022-ci il ərzində Dövlət Vergi Xidmətinin Aparatında müvafiq
vəzifəli şəxslər tərəfindən ümumilikdə 493 vətəndaşın qəbulu təşkil
edilib. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada
yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün
lazımi tədbirlər görülüb, həlli mümkü olmayan məsələlərlə bağlı
qanunamüvafiq izahatlar verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir