
Görədildə partlayış olub
Bakı. Trend:
Abşeron rayonu, Görədil kəndində fərdi yaşayış evində partlayış
baş verib.
Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat
verilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub
ki, vətəndaşa məxsus fərdi yaşayış evinin həyətində ümumi sahəsi
360m² olan ikimərtəbəli köməkçi tikilinin birinci mərtəbəsində
yerləşən mətbəxində ilkin ehtimala görə məişət qazının sızması
nəticəsində yanğınla müşahidə edilməyən partlayış baş verib.
Hadisə nəticəsində mətbəxin qapı-pəncərəsi çərçivədən çıxıb,
lambirdən ibarət tavanı dağılıb. Partlayış dalğasının təsirindən
yaxınlıqda olan ikimərtəbəli evin pəncərə şüşələri sınıb.
Partlayış nəticəsində xəsarət alan olmayıb.
FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik
tədbirləri görülüb.