
Milli Məclisdə tibbi tullantıların idarə olunması ilə bağlı dinləmə keçiriləcək
Bakı. Trend:
Milli Məclisdə tibbi tullantıların idarə olunması ilə bağlı
dinləmə keçiriləcək.
Trend xəbər verir ki, bu, Milli Məclisin Səhiyyə komitəsinin
2023-cü il üçün iş planına daxil edilib.
Yaz sessiyası müddətində həmçinin “Reproduktiv sağlamlıq
haqqında” qanun layihəsinin hazırlanması parlamentin Sosial
qanunvericilik şöbəsinə tapşırıq verilib.
Eyni zamanda, koronavirus (COVID-19) ilə bağlı ölkədəki mövcud
vəziyyət və görülən tədbirlərə dair dinləmə keçirilməsi də nəzərdə
tutulub.