“PAŞA Bank” Azərbaycan xalçaçılıq sənətinin təbliğ edilməsinə töhfə verir

Bakı. Trend:

Ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank”
mədəni irsimizin qorunmasına və təbliğatına yönəlmiş təşəbbüsləri
dəstəkləməyə davam edir.

Belə ki, Bank, “Azərxalça” ASC və “AFFFAIR” markası tərəfindən
qədim xalçaçılıq ənənələri əsasında müasir nümunələrin hazırlanması
layihəsinin tərəfdaşlarından biri olub. Yanvar ayının 24-də Milli
Xalça Muzeyində “Mədəni irsə yeni baxış” adı altında başlayan
sərgidə bu kolleksiyanın nümayişi baş tutub.

“Açma-yumma”, “Qarabağ”, “Naxçıvan”, “Pazırıq” və “Şəbəkəli”
xalçalarının elementlərindən ilhamlanaraq məhdud sayda hazırlanmış
bu müasir xalça nümunələrinin bir hissəsi mədəni irsin qorunması,
müasirləşdirilməsi və gələcək nəsillərə ötürülməsi məqsədilə
Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasına hədiyyə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir