Qanunsuz balıq ovlayan şəxslər saxlanılıb (FOTO)

Bakı. Trend:

Elektrik avadanlığından istifadə ilə qanunsuz balıq ovlayan
şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional
qrupundan Trend-ə verilən məlumata görə, Ağstafa Rayon Polis
Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon
qeyri-qanuni balıq ovu ilə məşğul olan rayonun poylu qəsəbə
sakinləri Rəşad Qurbanov və Katib Hüseynov saxlanılıb.

Yoxlama zamanı onlardan 1 ədəd rezin qayıq, 2 ədəd avar, 1 ədəd
elektrik cərəyanını artıran cihaz, 1 ədəd akkumlyator, 1 ədəd
“domça” adlandırılan balıqovlama vasitəsi, ovladıqları balıq və
digər əşyalar götürülərək polis əməkdaşları tərəfindən
protokollaşdırılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir