
Qobuda dörd ailənin yaşadığı evdə yanğın olub
Bakı. Trend:
Abşeron rayonunun Qobu qəsəbəsində bir dam altında tikilən dörd
ailənin yaşadığı ümumi sahəsi 80 m² olan birmərtəbəli evin 2
otağının yanar konstruksiyaları 40 m² sahədə və dam örtüyü 60 m²
sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, evin qalan
hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.