Rezidentlər üçün ayrılan xəstəxanaların sayı azaldılacaq – Əhliman Əmiraslanov

Bakı. Trend:

Azərbaycanda rezidentlərin çalışması üçün ayrılan xəstəxanaların
sayı azaldılacaq.

Trend xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin
sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, bununla bağlı Səhiyyə Nazirliyi ilə
danışıqlar olub.

“Hər xəstəxanaya rezident göndərmək olmaz. Əvvəl bu məsələ ilə
bağlı 31 xəstəxana nəzərdə tutulmuşdu. Həmin say azaldılacaq.
İmkanları məhdud olmayan xəstəxanalar rezidentləri qəbul
etməlidir”, – deyə o qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir