Rusiya sülhməramlılarına aid daha bir avtomobil Laçın yolundan keçib (FOTO)

Şuşa. Trend:

Bu gün Rusiya sülhməramlılarına məxsus daha bir təminat
avtomobili Laçın yolundan keçib.

Trend-in aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki,
avtomobilin maneəsiz hərəkət etməsi üçün şərait yaradılıb.

Bu gün ümumilikdə 28 avtomobil Laçın yolundan keçib.

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə
humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir
maneə yoxdur.

Qeyd edək ki, Qarabağda “Qızılbulaq” və “Dəmirli” faydalı
qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə
vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini
tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının
nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa
ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz
aksiyası 45 gündür davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir