Sığorta hadisəsinin müştərək maliyyələşmə məbləğinin tətbiqi daha 1 il təxirə salındı

Bakı. Trend:

Sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən
zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və
sığortaolunan tərəfindən ödənilən müştərək maliyyələşmə məbləğinin
tətbiqi proseduru daha 1 il təxirə salınır.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin
Səhiyyə komitəsinin bu gün keçirilən iclası çərçivəsində müzakirəyə
çıxarılan “Tibbi sığorta haqqında” qanuna təklif edilən
dəyişiklikdə əksini tapıb.
Dəyişiklikdə qeyd edilir ki, İcbari tibbi sığortada müştərək
maliyyələşmənin tətbiqinin müddəti 2024-cü il yanvarın 1-nə qədər
təxirə salınır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir