Xaricdə tibbi təhsil alanların işlə təminatı üçün xüsusi proqramın icrasına başlanıb

Cəlilabad. Trend:

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi xaricdə tibbi təhsil
alan tələbələrin Azərbaycanda işlə təminatı ilə bağlı xüsusi
proqramın icrasına başlayıb.

Trend-in məlumatına görə, bunu bu gün Cəlilabad rayon Mərkəzi
Xəstəxanasına təşkil edilən mediatur zamanı Agentliyin planlama
departamentinin rəhbəri Hikmət İbrahimli deyib. O bildirib ki,
agentlik “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının
aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqramın
icrasını davam etdirir:”Bununla bağlı agentlikdə xüsusi komissiya
yaradılıb. Həmin komissiya xaricdə təhsil alan uzmanların qəbuluna
başlayıb. Artıq bu günə qədər komissiya 52 nəfər uzman həkimi qəbul
edib və xəstəxanalarda işlə təmin edib. Agentlik həmin uzmanların
ilk olaraq sosial problemlərinin həlli üçün maddi təminatını
yaxşılaşdırmaqla çalışır. Bu məqsədlə həmin uzmanlara konkret maaş
da təyin edilib. Həmin şəxslərdən tepərapevtik sahə üzrə olan
uzmanlara 5 min manat, cərrahi sahə üzrə olanlara isə 6 min manat
maaş təyin edilib. Qəbul edilən uzmanlar təkcə Bakı şəhəri üzrə
deyil, bölgələrə də təyin edilib. Uzmanların özlərinin istəyi ilə
onlar bölgə xəstəxanalarına göndərilib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir