15 erməni əsgərin yanaraq öldüyü “hərbi hissə” azərbaycanlının evi olub (VİDEO)

Bakı. Trend:

Yanvarın 19-da Ermənistan ordusunun 15 hərbçisinin ölməsi ilə
nəticələnən yanğının baş verdiyi “hərbi hissə” ilə bağlı yeni fakt
ortaya çıxıb. Azərbaycan Televiziyasının (AzTV) Sosial media və
ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə,
ermənilərin hərbi hissə adlandırdığı tikili əslində 35 il əvvəl
yurd yerlərimizdən qovulan Basarkeçər rayonundakı Peşə məktəbinin
müəllimi Kamandar Həsənovun evi olub.

“AZTV Xəbər”in komandası 35 ildir ki, evlərindən kazarma kimi
istifadə edilən ailə ilə görüşüb, həmsöhbət olub. Vətən həsrəti ilə
dünyadan nakam köçən Kamandar Həsənovun oğlu deyib ki, evlərini
kadrlarda görən kimi tanıyıb.

Daha ətraflı “AZTV Xəbər”in reportajında tanış ola
bilərsiniz:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir