Avropaya qaz tədarükünün artırılması üçün Azərbaycanda kəşfiyyat və hasilat sahəsinə əlavə investisiya qoyulmalıdır

Bakı. Trend:

Avropaya qaz tədarükünün ikiqat artırılması üçün Azərbaycanda
Upstream (kəşfiyyat və hasilat) sahəsinə əlavə investisiya
qoyulmalıdır.

Bunu Trend-ə ABŞ-nin Azərbaycandakı keçmiş səfiri vdeyib.

O, on ölkənin Azərbaycandan əlavə həcmdə qaz istədiyini qeyd
edib.

“Ötən ilin iyul ayında Avropa İttifaqı və Azərbaycan strateji
enerji tərəfdaşlığına dair saziş imzalayıb. Sazişin mühüm hissəsini
2027-ci ilədək Avropaya Azərbaycan təbii qazının tədarükünün ikiqat
artırılması təşkil edir. Birincisi, bunun üçün Azərbaycanda
kəşfiyyat və hasilata daha çox investisiya qoyulmalıdır. Azərbaycan
“Azəri-Çıraq-Günəşli” blokundakı “dərin qaz”a, həmçinin “Abşeron”
yatağının və digər yataqların işlənmə layihəsinə Aİ-ə ixracın 10
milyard kubmetrdən 20 milyard kubmetrə qədər ikiqat artırılmasının
mənbələri kimi baxır”, – Brayza deyib.

Keçmiş səfir həmçinin, bundan əlavə Azərbaycanın bərpa olunan
enerji istehsalını kəskin artırdığını və bunun sayəsində daha çox
təbii qazın Azərbaycanın elektrik stansiyalarında yanmaq əvəzinə
Avropaya ixrac oluna biləcəyini qeyd edib.

“Türkmənistan istər Xəzər dənizindəki “Dostluq” yatağının
işlənməsində, istərsə də Xəzər dənizindəki “Blok-1″ yatağından
hasil olunan böyük həcmdə türkmən qazının ixracında nəhayət
Azərbaycanla əməkdaşlıq etsə, Türkmənistadan da müəyyən həcmdə qaz
əldə oluna bilər”, – o əlavə edib.

Qeyd edək ki, Avropaya Azərbaycan qazının tədarükü 2020-ci il 31
dekabr tarixindən Cənub Qaz Dəhlizi ilə başladılıb. 2023-cü ildə
Azərbaycanın Avropaya ən azı 11,6 milyard kubmetr həcmdə qaz ixrac
edəcəyi gözlənilir. Bu il Azərbaycanın ümumi təbii qaz ixracı
təqribən 24 milyard kubmetr təşkil edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir