Azərbaycan nefti ucuzlaşıb

Bakı. Trend:

Yanvarın 25-də İtaliyanın Auqusta limanında CIF bazisi üzrə
Azərbaycanın “Azeri Light” markalı neftin bir barelinin qiyməti
0,42 dollar ucuzlaşaraq 89,45 dollar olub.

Trend bu
barədə ölkənin neft-qaz bazarındakı mənbəyə istinadən xəbər
verir.

Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə “Azeri Light”
markalı neftin bir barelinin qiyməti 0,36 dollar ucuzlaşaraq 87,31
dollar olub.

Azərbaycanın Rusiyanın Qara dənizdəki Novorossiysk limanından
Bakı-Novorossiysk boru kəməri ilə satdığı URALS markalı neftin bir
barelinin qiyməti əvvəlki göstəricidən 0,22 dollar ucuzlaşaraq
48,64 dollar olub.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin
bir barelinin qiyməti yanvarın 25-də 0,24 dollar ucuzlaşaraq 85,89
dollar olub.

.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir